2026-cı ildə cüdo üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası və ACF arasında müvafiq razılıq əldə edilib.

Los Anceles-2028 Yay Olimpiya Oyunları üçün lisenziya yarışlarına Bakıda keçiriləcək mundialla start veriləcək.