UEFA Millətlər Liqasının oktyabrın 13-də keçirilmiş Ermənistan - Şimali Makedoniya oyunundan sonra Ermənistan millisinin baş məşqçisi Aleksandr Petrakov tutduğu vəzifədən uzaqlaşdırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyası məlumat yayıb.

Xatırladaq ki, Millətlər Liqasının qrup mərhələsində Şimali Makedoniya yığmasını qəbul edən Ermənistan millisi 0:2 hesabı ilə məğlub olub.

Ağarza Elçinoğlu