"Sumqayıt" klubu baş məşqçi Samir Abasovla yolları ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
" “Neftçi” PFK ilə əldə olunmuş razılıq və Samir Abasovun şəxsi istəyini nəzərə alaraq baş məşqçi ilə “Sumqayıt” futbol klubu arasında əməkdaşlıq başa çatıb", məlumatda bildirib.
Qeyd edək ki, S.Abasov 2022-ci ildən "Sumqayıt"ı çalışdırırdı.