"Milli Qvardiya və ya ABŞ Silahlı Qüvvələri ABŞ-də radikal dəlilər tərəfindən potensial seçki iğtişaşlarının öhdəsindən gəlməyə kömək edə bilər".
"Unikal" xəbər verir ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bunu "Fox News" telekanalına müsahibəsində deyib.
"Ölkəmizdə çox pis insanlar, xəstə insanlar, solçu dəlilər var. Lazım gələrsə, Milli Qvardiya onlarla mütləq məşğul olacaq", - o, ifadə edib.
Tramp ABŞ seçkilərində mümkün iğtişaşlarla bağlı sualı cavablandırarkən belə bir təhlükənin “daxili düşməndən” gəldiyini bildirib. Eyni zamanda, prezidentliyə namizəd kimi nəzərdə tutduğunu açıqlamayıb.
Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Tramp seçkilər ərəfəsində İrandan gələ biləcək təhlükədən qorunmaq üçün Amerika hakimiyyətindən hərbi texnika tələb edib. ABŞ prezidenti Co Bayden onu "indiki prezident kimi" müdafiə etməyə hazır olduğunu söyləyib.
Gülayə Mecid