UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda bu gün keçiriləcək Azərbaycan - Slovakiya matçına indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə "Unikal"a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, qarşılaşma üçün hələlik 3978 bilet alınıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək görüş saat 20:00-da başlayacaq.