İran prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron İsrail ilə Livanın "Hizbullah" hərəkatı arasında hərbi əməliyyatların dayandırılması və atəşkəsin yaradılması yollarını müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Pezeşkian və Makron telefon danışığı zamanı İsrail rejiminin quru əməliyyatına başladığı və intensiv hava hücumlarını davam etdirdiyi Livanın cənubundakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
İran prezidenti bildirib ki, ölkəsi həmişə regionda təhlükəsizliyin qorunub saxlanmasını istəyir və atəşkəs rejimini alqışlayır. O vurğulayıb ki, İsrail iyul ayında Qəzzada atəşkəsin əldə olunacağına və günahsız insanların öldürülməsinin dayandırılacağına ümid edərək, Fələstin HƏMAS qruplaşmasının siyasi lideri İsmayıl Haniyəni Tehranda öldürəndən sonra İran təmkin nümayiş etdirib. Bununla belə, Pezeşkian əlavə edib ki, İsrail rejimi Qəzzada hücumlarını gücləndirib və münaqişəni Livana yayaraq humanitar və beynəlxalq qanunlara hörmət etmədiyini göstərib.
İran lideri fransalı həmkarını İsraili müharibəni dayandırmağa məcbur etmək üçün digər Avropa ölkələri ilə işləmək səylərini davam etdirməyə çağırıb.
Fransa prezidenti Emmanuel Makron Tehranı regionda gərginliyin azaldılmasına töhfə verməyə çağırıB: "Makron İranın ümumi deeskalasiyanı saxlamaqda məsuliyyətini vurğuladı və öz təsirindən Tehranın dəstəyindən istifadə edən sabitliyi pozan oyunçulara təsir göstərməyə çağırdı".
Ağarza Elçinoğlu