Həbsxanada dünyasını dəyişən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qızı Darya ABŞ prezidentliyinə namizəd Kamala Harrisin seçki qərargahında işləməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Daria Navalnayanın "LinkedIn" sosial şəbəkəsindəki profil məlumatları sübut edir.
Bildirilir ki, Darya bir neçə aydır sahə təşkilatçısı - seçicilərlə işləyən könüllülərin koordinatoru vəzifəsini tutur.
2019-cu ildə Navalnaya ABŞ-nin Stenford Universitetində pulsuz təhsil almaq üçün qeydiyyatdan keçib. 2024-cü ilin yayında məzun olub.
Fevralın 22-də Darya Navalnaya anası Yuliya ilə birlikdə Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşüb, o, atalarının və ərinin itkisinə görə onlara başsağlığı verib, həmçinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinə söz verib.
Gülayə Mecid