Sankt-Peterburqda il ərzində 1500 dəfə yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Xarici dövlət nömrə nişanlı avtomobillərin yoxlanılması məqsədilə keçirilən xüsusi reyd zamanı “BMW 3 Series” markalı avtomobilin sürücüsü saxlanılıb. Avtomobil qonşu ölkələrdən birində qeydiyyatda olub. Müəyyən edilib ki, onun sahibi il ərzində 1500 dəfə yol hərəkəti qaydalarını pozub, 363 min rubl ( 6 425 AZN) məbləğində cərimə yığılıb, sürücü isə hərbi qeydiyyatda olduğu Hərbi Komissarlığa aparılıb", - məlumatda deyilir.