Böyük britaniyalı atlet Robbi Fitsgibbon dünyasını dəyişib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, iki il öncə ruhi xəstəlik diaqnozu qoyulan idmançı 28 yaşında intihar edib.

Robbi Fitsgibbon böyük Britaniyanı bir neçə dəfə beynəlxalq yarışlarda təmsil edib. Onun son böyük turniri isə 2019-cu ildə Şotlandiyanın paytaxtı Qlazqo şəhərində qapalı məkanda keçirilmiş Avropa çempionatı olub.