İqtisadiyyat üzrə builki Nobel mükafatı Daron Acemeoğlu, Simon Conson və Ceyms Robinsona verilib.
"Unikal" xəbər verir ki, bu barədə İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi məlumat yayıb.
Bildirilir ki, 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları Daron Acemeoğlu, Simon Conson və Ceyms Robinsona təqdim olunub.
ABŞ-nin aparıcı universitetlərindən olan MİT-də dərs deyən professor Daron Acemoğlu Türkiyədən Nobel mükafatı alan üçüncü şəxs olub. Bundan əvvəl Orxan Pamuk ədəbiyyat üzrə Nobel, Aziz Sancar isə kimya üzrə Nobel mükafatı almışdı.
Gülayə Mecid