Ukraynada baş verən müharibə kontekstində NATO-nun “Steadfast Noon” adlı irimiqyaslı nüvə təlimləri yalnız gərginliyin daha da artmasına gətirib çıxarır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"Ukrayna münaqişəsi çərçivəsində aparılan “isti müharibə” şəraitində, təbii ki, bu cür hərbi təlimlər gərginliyin daha da artmasına gətirib çıxarır", - Kreml nümayəndəsi müvafiq məlumatları şərh edərkən bildirib.
NATO daha əvvəl bildirmişdi ki, oktyabrın 14-də başlayacaq “Steadfast Noon” iki həftə davam edəcək və səkkiz hava bazasından qoşunlar, müxtəlif tipli təyyarələr, o cümlədən ABŞ nüvə başlıqlarını daşıya bilən döyüş təyyarələri iştirak edəcək.
Ağarza Elçinoğlu