İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Bildirilir ki, görüşdə iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyindən söhbət açılıb. İki ölkənin tarixi və mədəni ortaqlığına toxunan Pezeşkian Azərbaycanla İran arasında münasibətlərin inkişafının əhəmiyyətini vurğulayıb.
Gülayə Mecid