Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, bu raundun son matçında II Liqa klubları – “Dinamo” (Bakı) və “Füzuli” qarşılaşıb. Neftçi Futbol Mərkəzində reallaşan görüş paytaxt təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalib komanda II təsnifat mərhələsində “Səbail”ə rəqib olub.

Qeyd edək ki, bu raundun əvvəlki oyunlarında "Şahdağ Qusar" "Kür-Araz"a 3:1, "Şəfa" "Saatlı-Araz"a 2:0, "Şəmkir" "Şəki City"ə 1:0, "Ağdaş" "Lerik"ə 4:0, "Şimal" "Qusar"a 4:1, "Hypers Guba" "Göygöl"ə 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.