Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edir və onun sabitliyi və təhlükəsizliyi bilavasitə regiondakı sabitlikdən asılıdır.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Litskaya deyib.
Diplomat qeyd edib ki, Rusiya region xalqları ilə çoxəsrlik əlaqələr, o cümlədən diasporlar vasitəsilə bağlıdır: "Region coğrafi baxımdan böyük deyil, lakin o, geosiyasi və geoiqtisadi xətlərin kəsişdiyi bir çoxluqdur, Cənubi Qafqazı yenidən düşünmək və həll etməyi tələb edən mürəkkəb münaqişə qovşaqları keçir".
Litskaya regiondakı bütün münaqişələrin həllini razılaşmalarda və Cənubi Qafqaz ölkələrinin özlərinin ortaq fikrə gəlməsində görüb. O, izah edib ki, regionda mövcud olan xarici qüvvələr üçün Cənubi Qafqaz eksperiment imkanının olduğu yerdir, çünki nəsə səhv olarsa, xaricdə, buradan minlərlə kilometr uzaqda olanlar üçün bu, kritik əhəmiyyət kəsb etməyəcək.
Ağarza Elçinoğlu