Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Gürcüstan və Moldovada seçkilər öncəsi vəziyyəti müzakirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell bildirib.
"Biz Moldova və Gürcüstandakı vəziyyəti müzakirə etdik. Qarşıdakı həftələrdə hər iki ölkəni həlledici seçkilər gözləyir. Moldova Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Avropa Birliyinə üzv olmaq yolunda ciddi irəliləyişlər əldə edir... Gürcüstanda mənzərə Moldova ilə müqayisədə daha qaranlıqdır. Gürcüstanda hakim partiyanın hərəkətləri, bəyanatları və seçkiqabağı vədləri ölkəni Aİ-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmə aparır. Buna görə də Aİ-yə üzvlük prosesi de-fakto dayandırılıb", - diplomat deyib.
Ağarza Elçinoğlu