Livanda hava zərbələri nəticəsində son sutkada 41 nəfər ölüb, 124 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar Mərkəzi “X“ hesabında paylaşım edib.
Bundan əlavə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya hücumları nəticəsində ölənlər barədə məlumatlar yenilənib.
Beləliklə, ölənlərin sayı 2,4 min, yaralıların sayı 10,9 min təşkil edib.