İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Avichai Adrai Livanın paytaxtı Beyrutun cənub ətrafının sakinlərini təcili olaraq təxliyə etməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat dərc edib.
"İsrail ordusu çərşənbə günü insanların cənubi Beyrutun bəzi hissələrini tərk etmələri üçün əmr verib".
İsrail ordusunun sözçüsü aydınlaşdırıb ki, təxliyə əmri verilən ərazidə İsrail ordusunun hədəfində olan Livan "Hizbullah" hərəkatı ilə əlaqəli obyektlər var.