İbrahimbəyov müxalifətin vahid namizədi oldu
20:40 03-07-2013
İQTİSADİYYAT
İbrahimbəyov müxalifətin
vahid namizədi oldu
Rusiya projesinin birinci mərhələsini reallaşdırdı
Milli Azadlıq Hərəkatına və Elçibəy yoluna xəyanət edildi. İllər boyu Elçibəy xəttinə sadiq olduqlarını bəyan edən AXCP-Müsavat bu gün Elçibəyin hər zaman mübarizə apardığı Rusiyanın xidmətinə keçdilər. Ən azından Milli Şuranın son toplantısı bunu açıq şəkildə təsdiqlədi. Gəlin öncəliklə Milli Şuranın iclasına diqqət ayıraq. Milli Şuranın ikinci sessiyası öz işini bitirdi. Müsavat Partiyasının qərargahında başlanan sessiyada Milli Şuranın prezidentliyə namizədinin üzərinə götürəcəyi öhdəliklərlə bağlı memorandum layihəsi müzakirə edilib.
Milli Şuranın komissiya və komitələrinin yaradılması məsələsinə də baxılıb. İclasın gündəliyində bu məsələlər olub. Milli Məclisə, Baş Prokurorluğa və Mərkəzi Seçki Komissiyasına müraciət, prezidentliyə vahid namizədin seçki qərargahının formalaşdırılması üçün tövsiyə xarakterli qərarın müzakirəsi.
İclas başlayan kimi Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə sabiq deputat Akif Şahbazov arasında yer üstündə dava düşüb. Aranı sakitləşdirən Müsavat üzvü Gülağa Aslanlı ev sahibi olduqları üçün T.Abbaslını səbirli olmağa dəvət elədi. Bununla belə tədbirdə yer üstündə ciddi narazılıq davam edib.
Tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli bildirib: "MŞ sədri Rüstəm İbrahimbəyov burada olmadığından onun istəyi ilə sessiyaya biz sədrlik edirik. Gündəlikdə ola məsələlərə narazılığı və əlavəsi olmayanlar varsa, səsə qoyulsun və gündəlik qəbul olunsun".
Müsavat üzvü Mustafa Hacıbəyli: "Mitinqlərə hazırlıqla bağlı məsələlər müzakirə olunsun. Mitinq komitələri yaradılsın və hazırlıqlara başlanılsın. Gündəmdə bu məsələ olmalıdır".
Əli Kərimli onunla razılaşmadı: "Bizim üçün bu gün önəmli olan əsas məsələ vahid namizədin elan olunmasıdır. Bu günün hadisəsi budur. Mitinqlərlə bağlı müzakirələr növbəti sessiyada müzakirə olunacaq. Bu istiqamətdə işlərimiz davam edir".
Gündəlik səs verməyə qoyuldu və qəbul olundu.
VAMBP sədri Hacıbala Əzimov da müzakirələrə qoşuldu: "Biz vahid namizədi elan edib sonra bu gündəliyə baxmalıyıq. Biz deməliyik ki, vahid namizədimiz filankəsdir. Sonra onun öhdəliklərini müzakirə etməliyik. Vahid namizəd məsələsində demək olar ki, razılığa gəlinib".
Əli Kərimli dərhal arayış verdi: "İştirakçıların narazılığı başadüşüləndir. Bizim bir neçə namizədimiz ola bilər".
Ehtiyatda olan hərbçi Yaşar Cəfərli də təklif etdi ki, təqdim olunan təkliflər qəbul olunsun: "Yoxsa bu sessiya uzanıb gedəcək. Təklifləri sonra edərlər".
Əli Kərimli bununla razılaşdı: "Təkliflər saxlanılsın. Sizə təqdim olunan təkliflər səsverməyə qoyulsun".
Təklif qəbul olundu.
Əli Kərimili daha sonra xalqın sosial sifarişi olan vahid namizəd məsələsinin müzakirəsinə başlanıldığını bildirdi.
Bu zaman Eldar Namazov söz aldı: "Müxalifətin belə bir koalisiyasının yaradılması tarixi hadisədir. Ziyalılar Forumu yaradılıqdan sonra hər kəsin istəyi var idi ki, müxalifət qüvvələrinin vahid namizədi Ziyalılar Forumundan bir nəfər olsun. 3 ildir müzakirələr aparılıb ki, vahid namizədimiz Ziyalılar Forumunun sədri Rüstəm İbrahimbəyov olsun. Bizim El Hərəkatı olaraq namizədimiz Rüstəm İbrahimbəyovdur".
ALP sədri Əvəz Temirxan: "Heç bir ölkənin vahid namizədi Oskar mükafatına layiq görülməyib. Biz inanırıq ki, Rüstəm İbrahimbəyovun namizədliyi bizim üçün çox önəmlidir. Bu ziyalı öz xalqını sevir. İndi prezidentliyə namizəd olanlar Rüstəm İbrahimbəyovun xeyrinə namizədliklərini geri çəkməklə böyük bir addım atmış olurlar. Onlar geri çəkilmiş sayılmırlar. Biz də Rüstəm bəyin namizədliyini dəstəkləyirik. Qərar verməyən dostlarımızı da Rüstəm bəyə səs verməyə dəvət edirik".
ACP sədri Sülhəddin Əkbər də eyni mövqeyi bölüşdü: "Prezidentliyə namizəd olanların namizədliklərini geri götürməklə bir ziyalını dəstəkləmələri uğurlu bir seçimdir. Biz də Rüstəm bəyin namizədliyini dəstəkləyirik. Vaxt itirmədən onun ətrafında birləşərək mübarizəyə başlamalıyıq. Rüstəm bəyin namizədliyi xalqımız üçün xeyirli olsun".
Milli Şura üzvü Arif İsmayılbəyli isə İbrahimbəyovun namizəd olmasına açıq etirazını bildirdi. O, siyasi partiya liderlərinin öz aralarında vahid namizəd seçə bilməməsindən təəssüfləndiyini dedi: "Mənim özümün də yaxından tanıya bilmədiyim Rüstəm İbrahimbəyov vahid namizəd seçilir. Mən də məcbur olub dostlarımın bayaqdan təriflədiyi Rüstəm bəyə səs verəcəm. bunu uşaqlarımızın, xalqımızın gələcəyi üçün edəcəm. Uğurlar olsun".
Zəminə Dünyamalıyeva: "Rüstəm bəyin həyatına baxsaq, onun bir siyasətçi olduğunu görərik. Ona təşəkkür etməliyik ki, bizi bir araya yığıb. Vahid namizədimiz Rüstəm İbrahimbəyovdur".
Əli Kərimli: "Keçmiş siyasi fəaliyyətlərinə baxdıqda qərar qəbulunda bur araya gələ bilməyən şəxslərin indi MŞ-da Rüstəm İbrahimbəyovun ətrafında birləşməsi bizim uğurumuzdur. Burada olan partiyalar sübut edir ki, xalqımızın gələcəyi, dövlətimizin gələcəyi bizim mənfəətlərimizdən üstündür. AXCP olaraq biz də vahid namizəd olan Rüstəm İbrahimbəyovu dəstəkləyirik".
İbrahim İbrahimli: "Bu hadisə 20 ildir davam edən mübarizənin məntiqi nəticəsidir. Bu mübarizədə fədakarlıq edən müxalifətə təşəkkür etmək lazımdır. Biz 20 ildir bu seçki üçün mübarizə aparırıq.".
Eldar Namazov: "Rüstəm bəylə indi əlaqə saxladım. Ona verilən öhdəliklərlə bağlı verilən sənədə imza atıb. Onunla indi əlaqə saxladım. Bu, məni çox sevindirdi".
Müsavat başqanı İsa Qəmbər: "Milli Şuranın yaradılmasında önəmli olan üstünlüklərindən biri xalqın və beynəlxalq qurumların diqqətinin seçkilərə cəlb olunmasıdır. Biz əvvəlcədən təklif edirdik ki, müxalifət qüvvələri bir araya gəlsin və seçkilərdə iştirak etsin. Amma bizim bu təklifimiz reallıq olaraq qəbul edilmirdi. Biz sevinirik ki, bu gün bu qərara gəlinib. Bizim müxalifət qüvvələrinin birləşməsi zamanı vahid namizədin bir ziyalı olmasını istədiyimiz əvvəldən bəlli idi. Rüstəm bəyin namizəd olmasını müsbət tərəfləri olduğu kimi riskli tərəfləri də var. Biz ümid edirik ki, "bir ay sonra 100 minlik bir mitinq keçirilsin və ya mənim seçkilərdə iştirakım qəbul edilsin, mən gələrəm" sözünü eşitməyəcəyik. Bu risk edilməlidir. Müsavat Partiyasının mövqeyi Rüstəm İbrahimbəyovun vahid namizəd olmasını qəbul edir. Amma İbrahimbəyovun seçkilərdə iştirakı qəbul edilənə qədər bizim seçkilərdə iştirakımızla bağlı qəbul etdiyimiz 4 yanvar, 2013-cü il tarixli qərarımız qüvvədə qalır".
KXCP sədri Mirmahmud Mirəlioğlu: "Bu, bizim 20 ildə əldə etdiyimiz son uğurdur. Bu, bizim hər birimizi məsuliyyətli edir. Vahid namizəd məsələsində ortaq fikrə gəlinməsi KXCP üçün də məqbuldur. Biz də seçkilərdə iştirakla bağlı qərar vermişdik. Müxalifət qüvvələri bir araya gəldikdən sonra bizim də qərarımız odur ki, Rüstəm bəyin namizədliyini dəstəkləyirik".
Eldar Namazov: "Biz özümüz aramızda əmin olamalıyıq ki, bizim namizədimizin seçkilərdə iştirakı ilə bağlı heç bir problem yaradılmayacaq və o, seçkilərdə qeydiyyata alınacaq. Biz bunu düşünməsək, məğlub psixologiyası ilə seçkilərə gedəcəyik".
Əli Kərimli: "Səsvermə keçirilsin. Vahid namizəd məsələsi səsverməyə qoyulur. 86 nəfər Milli Şuranın üzvü qeydiyyatdan keçib".
MŞ və jurnalistlərdən başqa hamı çölə çıxarıldı, səsvermə keçiridli. Səsvermədə 84 nəfər iştirak etdi. Səsvermə açıq keçirildi. Vahid namizəd bir nəfər idi - Rüstəm İbrahimbəyov. İbrahimbəyov vahid namizəd seçildi. Hər kəs səs verdi. Əleyhinə çıxan olmadı. Bir nəfər bitərəf qaldı.
tik Qüvvələrin Milli Şurasının (DQMŞ) 2-ci sessiyasında vahid namizəd məsələsinə nöqtə qoyulub. "Qafqazinfo" xəbər verir ki, Milli Şuranın 84 üzvü arasında vahid namizədlə bağlı səsvermə keçirilib. 83 nəfər lehinə, 1 nəfər bitərəf olmaqla Rüstəm İbrahimbəyov müxalifətin bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində vahid namizədi oldu.Amma bunu da qeyd edək ki, Rüstəm İbrahimbəyovla yanaşı müxalifətin başqa namizədləri də var və onlar Milli Şuranı ümumiyyətlə qəbul etmirlər. Həmin şəxslər isə aşağıdakılardır.
1. Ümid Partiyasının sədri İqbal Ağazadə
3. Hüquq müdafiəçisi Vidadi İsgəndərli
3. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev
6. "İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri İlqar Altay
7. ADP sədri Sərdar Cəlaloğlu
8. "REAL" Hərəkatının sədri İlqar Məmmədov
10. Azadlıq Partiyasının sədri Əhməd Oruc
11. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
12. Ərəstun Oruclu
13. Mövsüm Səmədov
Yəni bu o deməkdir ki, Rüstəm İbrahimbəyov təsəvvür edildiyi kimi heç də vahid namizəd hesab oluna bilinməz. Bundan başqa iclas zamanı buda aydın oldu ki, hətta Rüstəm İbrahimbəyova səs verən əksər siyasi sima onun Bakıya dönüşünə və mübarizə aparacağına inanmır. Bunu hətta İsa Qəmbər açıq şəkildə bəyan etdi və bildirdi ki, Rüstəm İbrahimbəyov geri qayıdana qədər öz seçki qərargahı fəaliyyət göstərəcək. Kənar müşahidəçilərdə hesab edir ki, Rüstəm İbrahimbəyov xarakter etibarı ilə cəsarətsiz simadır və onun geri qayıtması inandırıcı deyil. Xatırladaq ki, Rüstəm İbrahimbəyov bir neçə aydır ki, ölkəyə gələcəyini bəyan etsədə hər dəfə bir bəhanə ilə geri qayıtmaqdan imtina edib. Ekspertlər bunu da bildirir ki, müxalifətin Rüstəm İbrahimbəyova üstünlük verməsi əslində siyasi bir yanlışlıq oldu. Çünki Rüstəm İbrahimbəyovu faktiki olaraq Azərbaycan cəmiyyəti tanımır. Bölgələrdə sadə seçicilər ümumiyyətlə bu şəxsin mövcudluğundan xəbərsizdir və seçkilərdə İlham Əliyevin Rüstəm İbrahimbəyova qalib gəlməsi çətin olmayacaq. Buna baxmayaraq həm də hesab etmək olar ki, bu seçkilər kifayət qədər ağır keçəcək. Çünki Rüstəm İbrahimbəyov Rusiyanın projesidir və görünən budur ki, Rusiya müxalifətin böyük bir kəsimini nəzarətinə götürə bildi. Həmçinin "Milyonerlər İttifaqı"nında onlara dəstək verəcəyi gözlənilir. Bundan başqa aydın olub ki, Rusiya Azərbaycan hakimiyyətinə təzyiqləri artırmaq üçün Rusiyada miqrant qismində yaşayan yüz minlərlə azərbaycanlıdanda istifadə etməyə çalışır. Elə bu məqsədlə də Abbas Abbasovun rəhbərliyi ilə artıq siyahıya alma kompaniyasına başlanılıb. Çox maraqlıdır ki, hər zaman müxalifətə dəstək verən Avropa və ABŞ isə bu gün hakimiyyətin yanındadır.
Mehdi Əki
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53