Azərbaycan təmsilçiləri "Mingəçevir reqatası-2024" beynəlxalq turnirində ilk günü 9 medalla başa vurublar.
"Unikal" xəbər verir ki, son olaraq Məhəmməd Həsənov bürünc, Əlimurad Hacızadə gümüş mükafat əldə ediblər.
Həsənov 2010-2011 təvəllüdlü idmançıların 1000 metr məsafəyə akademik avarçəkmə yarışında üçüncü, Hacızadə 2008-2009 təvəllüdlülər arasında 1000 metr məsafəyə kayakda ikinci yeri tutub.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimiz 7 mükafat qazanıblar. Reqata oktyabrın 18-də başa çatacaq.