Məndən xəbərsdiz pulumu oğurlayıblar
20:41 03-07-2013
İQTİSADİYYAT
Məndən xəbərsdiz pulumu oğurlayıblar
Görəsən, bu şirkət gün ərzində neçə min insanın pulunu bu üsulla oğurlayır?
Ölkədə çoxdandır ki, fəaliyyət göstərən AZERCELL şirkətinin işində müəyyən qaranlıq məqamların olması barədə çox söz-söhbətlər eşitmişdim. Sözün düzü, bu şayiələrə həm inanırdım, həm də inanmırdım.
İnanırdım ona görə ki, burası Azərbaycandır və bu Azərbaycanda istənilən xarici şirkətin hər cür dolaşıq işlərə, fırlatmalara (bu ifadəni diqqətdə saxlayın!) qol qoya biləcəyi su içim qədər asan məsələdir. Vergi patrullarınınm "bığlarının altından keçməklə" bu ölkədə dovşanı balinaya çevirmək və yaxud timsahdan qaranquş doğuzdurmaq çox da problem məsələ olmamalıdır.
Amma həm də inanmırdım ona görə ki, müasir dünyada kibermaxinasiyaları yaxalayıb içraçısına sübut edə bilmək kifayət qədər cəncəl işdir.
Nə isə, keçək mətləbə...
Çoxları kimi bəndəniz də telefon danışıqları üçün AZERCELL-in xidmətindən istifadə edir. Və qəflətən bir məqam diqqətimi çəkdi ki, heç bir danışıq apamadığım halda AZERCELL-dən mənə mesaj gəlir ki, "Sizdən 0,41 AZN tutuldu".
Sözün düzü, əvvəlcə bu tutquya fikir vermirdim. Amma sonra bu tutqu əməliyyatının bir neçə gündən bir, bəzən də hər gün müntəzəm şəkildə davam etdiyini görəndə pulumun niyə mənimsənildiyini araşdırmaq qərarına gəlib AZERCELL-ə telefon açdım. Özünü bu şirkətin müştəri xidmətlərinin təmsilçisi Faiq Ağazadə kimi təqdim edən məmur "Sizin şirkət hansı əsasla danışıq aparmadığım halda məndən pul tutur?" sualına cavab olaraq bildird ki, "Bu pulu sizdən Sindibad şirkəti tutur, onlara müraciət edin".
Və bir azdan istidfadə etdiym telefon paraına AZERCELL-dən mesaj gəldi. Cənab Faiq Ağazadə mənə Sindibad şirkətinin telefon npömrəsini göndərmişdi. Həmin nömrəni yığdım və dəstəyi söhbətboyu adını təqdim ertməyən bir xanım qaldırdı.
Eyni sualı bu xanıma da verdim: "Sizin şirkət hansı əsasla danışıq aparmadığım halda məndən pul tutur?"
Xanım standat və nəzakətli şəkildə bildirdi ki, "Həmin pullar "Krutilka.az" saytından istifadə etdiym üçün tutulub".
Heyrət məni götürdü: "Xanım, mən heç vaxt mobil telefonumda İnternetdən istfadə etməmişəm və söylöədiyiniz saytın adını birinci dəfədir ki, eşidirəm. Suz mənim pullarımı hansı əsasla oğurlayırsınız?"
Xanım cavabında dedi ki, "Bu dəqiqədən etibarən siz həmin abunədən azad edilirsiniz!"
Çox qəribədir! Sindibad adlı oğru şirkət məndən xəbərsiz məni "Krutilka.az" adlı sayta abunə edib (yeri gəlmişkən, şirkətin sahibləri bu sayta özlərinin qarətçilik fəaliyyətlərinə uyğun da ad qoyublar!) və indi də mənsdən xəbərsiz mənim pullarımı oğurlayır...
Xanımdan soruşdum ki, Sindibad deyilən şirkətin sahibi və yaxud rəhbəri kimdir?
Nəzakətli xanım sualıma cvab vemkdöən imtina elədi.
Və düşünmyə başladım:
1.AZERCELL-i şəbəkəsi vasitəslə oğurluqla məşğul olan bu şirkət kimin və ya kimlərin ola bilər?
2.Görəsən, bu şirkət gün ərzində neçə min insanın pulunu bu üsulla oğurlayır?
3.Görəsən, respublikanın hüquq-mühafizə orqanlarının bu maxinasiyadan xəbəri varmı? Yoxdursa, bu faktı atıq mətbuata çıxardığımıza görə, məsələ ilə hüquqi müstəvidə maraqlanmalıdır...
Və nəhayət, AZERCELL-dən istifadə edən oxuculardan xahiş edirik ki, kiminsə pulu bu üsula tutulubsa, bizə zəng etsin: 051 768 49 97.
Çünki biz bu mövzunun araışdırılmasını davam etdirəcəyik.
Mahir Osmanlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53