Sağlam bədənə sahib olmaq və xəstəliklərə qarşı müqavimət qazanmaq üçün sağlam qidalanma olduqca vacibdir. Xərçəng dünyada ölümlərin əsas səbəblərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən verilən açıqlamada dünyada demək olar ki, hər altı ölümdən birinin səbəbi xərçəng olduğu bildirilir. Təbiətdə olan bəzi meyvələr vardır ki, xərçəng hüceyrələri ilə mübarizə apara və immuniteti gücləndirə bilir.

"Unikal" xərçəngin dərmanı sayılan meyvəni təqdim edir:

Armud tərkibindəki yüksək lif və güclü C vitamini qaynağı ilə yanaşı, aşağı kalorili olması ilə də yaxşı bir immunitet gücləndiricisi rolunu oynayır.Armud antioksidantların və polifenolların, o cümlədən flavanolların (antioksidant xüsusiyyətlərə malik təbii komponentlər)zəngin mənbəyidir,o, tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirməkdə təsirlidir. Onda xərçəngdən qoruyan antosiyanin və xlorogen turşusu var. Xərçəngə qarşı qoruma təmin edən flavonoidlər baxımından da zəngin bir meyvədir.

Xərçəngə qarşı qoruyur 

Armudun tərkibində xərçənglə mübarizə aparan antioksidanlar və fitokimyəvi maddələr vardır. Bu birləşmələr hüceyrə zədələnməsinin qarşısını alır, DNT-ni qoruyur və xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alır. Armudun kolon, prostat və ağciyər xərçəngi riskini azaltmaqda xüsusilə təsirli olduğu düşünülür.

Həzm sağlamlığını tənzimləyir
Güclü lif mənbəyi olan armud həzm sağlamlığını da dəstəkləyir. Bağırsaqları tənzimləyir. Eyni zamanda, prebiyotik təsiri ilə bağırsaqlardakı faydalı bakteriyaların çoxalmasına kömək edir və həzm sistemini gücləndirir.

Ürək sağlamlığını qoruyur
Armud ürək sağlamlığını qoruyan qidalı maddələrlə zəngindir. Tərkibindəki kalium qan təzyiqini tənzimləməyə kömək edir, lif isə xolesterin səviyyəsini aşağı salaraq ürək xəstəlikləri riskini azaldır. Antioksidanlar qan damarlarını qoruyur və ürək sağlamlığını dəstəkləyir. Daimi armud istehlakı sağlam ürək üçün vacibdir.

Zərifə Nağıyeva