Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının 4-cu kurs tələbəsi Altun Tarverdiyev Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Build With AI For Sustaniable Growths” hakatonunda qalib olub.
"Unikal" xəbər verir ki, USAID, StrategEast, Google, Astana Hub şirkətlərinin təşkil etdiyi yarışmada BMU tələbəsi “Oğuz” komandasının lideri kimi ölkəmizi təmsil edib.
Ümumilikdə 7 ölkədən 21 komanda finalda yarışmaq hüququ qazanıb. Azərbaycanın 5 komanda ilə təmsil olunduğu yarışmada BMU tələbəsi 3-cü yer tutaraq ölkəmizdən yeganə iştirakçı kimi adını qaliblər sırasına yazdırıb.