Musiqilərin və yüksək ritmlərin insanlara əməliyyatdan sonra daha asan sağalmağa kömək etdiyi müəyyən olub.
"Unikal" xəbər verir ki, bu barədə araşdırmanı Kaliforniya Northstate Universitetinin alimləri aparıblar.
Aparılan araşdırmalar nəticəsində musiqi dinləməyin əməliyyatdan sonra xəstələrdə narahatlıq, ağrı və ürək döyüntülərini azaltdığı məlum olub. Musiqiyə qulaq asmağın xəstələrdə morfin effekti yaratdığı bildirilib.
Tədqiqatçılar hesab edirlər ki, musiqi dinləmək stress hormonu olan kortizol səviyyəsinin də azalmasına kömək edir.
Zərifə Nağıyeva