"Azərbaycanda quraqlıqların artması səbəbi ilə su ehtiyatları 15 faiz azalıb. Bunun nəticəsidir ki, Xəzər dənizinin səviyyəsi texnogen və antropogen təsirlərə məruz qalaraq aşağı düşüb. Sahilyanı ekosistemə ciddi ziyan dəyib".
"Unikal" xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hazıyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən "COP29: Dayanıqlı Şəhərsalma və Ekoloji Çağırışlar" forumunda çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, dövlət səviyyəsində bu problemlərin həlli istiqamətində ciddi işlər aparılır:
"COP29 bu baxımdan ölkəmiz üçün böyük irəliləyişlər gətirəcək. İşğaldan azad edilmiş zonalarda da ölkəmiz tərəfindən yaşıl enerji məqsədli layihələr həyata keçirilib. Buna ağıllı kənd və şəhərlər nümunə gətirə bilərik. Mən inanıram ki, bu gün AzMiU-da keçirilən forum iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir".