Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şura üzvlüyünə seçkilər 19 oktyabr 2024-cü il tarixində nazirliyin inzibati binasında keçirilib. Səsvermədə vətəndaş cəmiyyəti institutlarının qeydiyyatdan keçmiş 132 təmsilçisindən 104-ü iştirak edib.
"Unikal" xəbər verir ki, seçkinin sonunda möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin və müşahidəçilərin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 104 seçki
bülletenindən 2-si etibarsız sayılıb. Səsvermədə üzvlüyə namizəd olan 12 nəfərdən ən çox səs toplamış 10 nəfər İctimai Şuraya üzv seçilib.
Beləliklə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın tərkibi aşağıdakı kimi formalaşıb: