Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin şəhidlik zirvəsini fəth etməyinin dördüncü ildönümündə əziz xatirəsi dərin ehtiramla anılıb.
"Unikal" xəbər verir ki, anım günüdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə Ağstafa şəhərinin mərkəzində Vətən Müharibəsi Qəhrəmanının adına əbədiləşdirilmiş küçənin girişində ucaldılmış barelyefin önünə əklil qoyub, şəhidimizin xatirəsinə ehtiramını bildirib.
Məlumat üçün əlavə edək ki, hazırda Azər Yusifli küçəsində Ağstafa rayonunda icra olunan yenidənqurma tədbirləri çərçivəsində abadlıq-quruculuq işləri davam etdirilir. Küçədə aparılan işlərə növbəti dəfə baxış keçirilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.