Kremlin İbrahimbəyov zərbəsi
19:15 04-07-2013
İQTİSADİYYAT
Kremlin İbrahimbəyov zərbəsi
Rusiya və İran maraqları üst-üstə düşür
Rusiya artıq bir neçə aydır ki, Azərbaycanda müxalifəti ələ almaq üçün başladığı prosesin birinci hissəsini sona çatdıra bildi. AXCP və Müsavat kimi partiyalar Rusiya boyunduruğunu qəbul etdi və Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd olmasını qəbul etdilər.
Bunu da qeyd edək ki, hələ bir neçə ay öncədə hakim düşərgədən bildirilmişdi ki, bəzi dövlətlər Azərbaycanın daxili işlərinə müdaxilə etməyə hazırlaşırlar və bunun ilk nümunəsi də Rusiyada "Milyonerlər İttifaqı"nın yaranması oldu. Müşahidəçilər həmin vaxtda bəyan etdilər ki, bu rəsmi Kremlin projesidir və əsas məqsəd Azərbaycana təzyiq etməkdir. Məlum olduğu kimi son bir ildir ki, Rusiya prezidenti Vladimir Putin "Ümumgomrük İttifaqı"nın yaradılmasına çalışır və bu işdə Kremlin planlarını pozan məhz Azərbaycandır. Prezident İlham Əliyev iki ay öncə rəsmi şəkildə bəyan etdi ki, Azərbaycan bu ittifaqa qoşulmaq niyyətində deyil. Çünki bu Azərbaycan iqtisadiyyatını Rusiyadan asılı duruma sala bilər. Bundan başqa Avropa İttifaqıda bəyan etdi ki, Rusiyanın bu təklifi sadəcə olaraq sovetlər birliyinin bərpasına cəhddir. Buna baxmayaraq demək olar ki, keçmiş sovetlər ölkələrinin əksəriyyəti bu ittifaqa razılığını verib və hazırda proseslərə qatılmayan dövlətlər Ukrayna, Gürcüstan və Azərbaycandır. Analitiklər hesab edir ki, artıq Ukrayna ucuz qaz almaq müqabilində bu ittifaqa qatılacaq. Belə olan halda meydanda yalnız Gürcüstan və Azərbaycan qalacaq. Gürcüstanında bu ittifaqa qoşulması Azərbaycanla bağlı olacaq. Çünki Azərbaycanın atacağı addım Gürcüstanın sabahını müəyyənləşdirəcək. Bunu yaxşı başa düşən Kreml bu səbəbdən Azərbaycan hakimiyyətinə təzyiqlərini artırıb. Həm də Azərbaycandakı müxalifətin əli ilə. Elə prezident İlham Əliyevin verdiyi son bəyanatda da bu məsələ açıq şəkildə öz təsdiqini tapır:-"Şübhə yoxdur ki, Azərbaycanı öz tərəfinə çəkmək, müəyyən dərəcədə bizim siyasətimizə təsir etmək cəhdləri vardır. Buna oxşar digər cəhdlər bu gün də var, gələcəkdə də olacaqdır. Əsas odur ki, Azərbaycan dövləti öz müstəqil siyasətini aparır və aparacaqdır. Bu müstəqil siyasətin təməlində Azərbaycan xalqının iradəsi dayanır və eyni zamanda, Azərbaycanda hökm sürən sabitlik və ictimai-siyasi asayiş bizim gücümüzü daha da artırır.
Biz müstəqillik yolu ilə gedəcəyik. Bu gün müstəqil Azərbaycan region üçün sabitləşdirici bir amildir. Biz sabitləşdirici rol oynayırıq və əlbəttə ki, heç bir qüvvə bizi müstəqil siyasətdən döndərə bilməz. Daxili vəziyyətlə bağlı bizim heç bir problemimiz yoxdur. Xalqla iqtidar arasında birlik vardır. Bütün təşəbbüslərimiz xalq tərəfindən dəstəklənir. Bizə qarşı çıxmaq istəyənlər isə öz iç üzünü bir daha açmışlar. Onlar bir daha göstərirlər ki, müstəqilliyin nə olduğunu başa düşmürlər. Bir daha göstərirlər ki, qul psixologiyası ilə yaşayırlar. Bu qul psixologiyası ondan ibarətdir ki, daim bir böyük qardaş axtarışındadırlar. Daim kiminsə ayağına yıxılmaq istəyirlər. Daim kiminsə ətəyindən tutub yardım diləyirlər. Yəni, budur, bugünkü Azərbaycanın siyasi mənzərəsi: Bir tərəfdə Azərbaycan iqtidarı, müstəqil siyasət, ləyaqətli siyasət və heç kimin qarşısında baş əyməmək siyasəti, digər tərəfdə öz şəxsi maraqlarını təmin etmək üçün istənilən yola getməyə hazır olan antimilli, satqın, xain, - onlara heç qüvvə də deyə bilmərəm, - ünsürlər, qruplar. Bax budur, bugünkü siyasi palitra.
Əlbəttə, Azərbaycan xalqı müdrik xalqdır və hər şeyi çox açıq-aydın görür. Görür ki, kim ölkəni hara aparır və kim ölkəni hara aparmaq istəyir. Artıq Azərbaycan 20 ildən çoxdur ki, müstəqil dövlətdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Nəyin bahasına olursa-olsun müstəqilliyi qoruyacağıq, Azərbaycanın uğurlu inkişafını təmin edəcəyik".
Ekspertlər hesab edir ki, seçki prosesi yaxınlaşdıqca Rusiyanın təzyiqləri daha da artacaq və bu sıraya İranda qoşulacaq. Bunu da qeyd edək ki, Milli Şuraya islamçılarda daxil olub və hazırda onlarda yəqin ki, elə İranın razılığı ilə Rusiyanın projesində iştirak edirlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17