Türkiyədə yayımlanan daha bir serial final edir.
"Unikal" xəbər verir ki, söhbət "Kara dut" adlı ekran işindən gedir. Reytinq toplamayan serial 6-cı bölümdə izləyiciləri ilə vidalaşacaq.
Qeyd edək ki, serialın baş rolları Şükrü Özyıldız və İrem Helvacıoğluna həvalə edilib.
Onu da qeyd edək ki, yeni mövsüm başlayandan "Kör nokta", "Taş kağıt makas", "Kötü kan", "Kirli sepeti", "Güzel aşklar diyarı", "Ayazın sonu güneş" serialları ilə bağlı da final qərarı verilib.