Şəmkirdə iki nəfərin tok vurub öldürməsinin bəzi təfərrüatları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə baş verən evdə bu gün səhər saat 8-də yanğın olub.
Əraziyə FHN və DİN əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Qeyd edək ki, həmin şəxsləri ərazidə təmizlik işləri aparan zaman elektrik cərəyanı vuraraq öldürüb.
*** 11:12
Şəmkir sakinlərini elektrik cərayanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb. Belə ki, kənd ərazisində iş görən zaman ehtiyatsızlıqdan iki nəfəri elektirk cərəyanı vurub.
Onlar 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibova və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovdur.
Hər iki şəxs hadisə yerində ölüb.
Tural Əhmədov