İsrailin baş naziri Binyamin Netanyahunun oğlunun gələn ay keçirilməsi planlaşdırılan toyunun davam edən qarşıdurmalar və pilotsuz uçuş aparatları (PUA) təhlükəsi səbəbindən təxirə salınmasını istədiyi bildirilib.
"Unikal" xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası KAN məlumat yayıb.
Bildirilir ki, Netanyahunun kiçik oğlu Avnerin toyunun noyabrın 26-da keçirilməsi planlaşdırılır. Təl-Əvivə yaxın bir bölgədə keçirilməsi planlaşdırılan toy mərasiminin təxirə salınmasının gündəmdə olduğu qeyd olunub.
Planlaşdırılan tədbirin iştirakçılar üçün risk yarada biləcəyi irəli sürülüb. Bildirilib ki, Netanyahunun davam edən münaqişələr və PUA təhlükəsi səbəbindən oğlunun toyunu təxirə salmaq istəyib.
Oktyabrın 19-da Livandan buraxılan PUA İsrailin şimalındakı Qeysəriyyə şəhərində Netanyahunun iqamətgahını vurub. Hücum zamanı Netanyahu və həyat yoldaşı Saranın evdə olmadığı açıqlansa da, evin yataq otağının pəncərəsinə kiçik ziyan dəyib.
Gülayə Mecid