"COP29 konfransı ərəfəsində 80-ə yaxın yeni təcili tibbi yardım maşını ölkəmizə gətirilib. Mövcud ambulans parkı tələbatı ödəmək üçün yetərlidir”.

"Unikal" xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkili”nə dair brifinqdə deyib.

O bildirib ki, COP29 konfransı zamanı qonaqlara və iştirakçılara yüksək səviyyədə tibbi xidmətlərin təmin edilməsi məqsədilə hərtərəfli tədbirlər görülüb: “Bu tədbirlər çərçivəsində yeni təcili tibbi yardım maşınları müasir texnologiyalarla təchiz edilib və konfrans ərazisində fasiləsiz işləyəcək. Hər bir tibbi yardım heyəti tam hazırlıqlı olacaq və təcili hallarda operativ reaksiya verə biləcək”.