"Hafka" pullarını ölkədən çıxarır
"Hafka" pullarını ölkədən çıxarır
Klubun kapitalının artırılmağı üçün 12 milyon avro məbləğində
pul qoyulmalı, daha 5 milyon isə dövriyyəyə buraxılmalıdır

"Bakı"nın prezidenti Hafiz Məmmədovun Fransanın "Lans" klubunun sahibi olmağı məsələsi rəsmiləşib.
Fransanın "Lans" klubunun sahiblərindən olan Jerve Martellə Məmmədov arasında sponsorluq müqaviləsi imzalanıb. Klubun səhmdarlarından "Kredi Akriqol Nord de Frans" öz səhmlərinin rəsmən satışı ilə bağlı sözləşmə imzalayıb ki, buna klubların prezidentləri qol çəkib.
Bu, gələn həftə "Lans"da rəhbərlik dəyişikliyi öncəsi son addımdır. Artıq indidən Martellə Məmmədovu Lansın eyniadlı təmsilçisinin yeni sahibləri saymaq olar. Yeni baş məşqçi Antuan Kombuarenin təqdimatı iyulun 9-10-da olacaq.
Hazırda "Lans"ın əsas problemi maliyyə təminatının vaxtında göstərilməməyi ilə bağlı III diviziona göndərilməyidir. Bu gün Fransa Futbol Federasiyasının müvafiq komissiyası məsələyə yenidən baxaraq, buna müsbət cavab verməyi ilə komanda II diviziona qayıdacaq. Klubun kapitalının artırılmağı üçün 12 milyon avro məbləğində pul qoyulmalı, daha 5 milyon isə dövriyyəyə buraxılmalıdır.
Ekspertlər hesab edir ki, Hafiz Məmmədov bu yolla ölkədən biznesini çıxarır. Bunu da qeyd edək ki, son 5 il ərzində əksər oliqarx bizneslərini daha çox Avropaya yönəltməyə çalışırlar. Bundan başqa qeyd olunur ki, bu gün futbol sahəsi həm də çirkli pulların yuyulması üçün meydana çevrilib. Belə ki, hansısa futbolçunun transferi rəsmi sənədlərdə milyonlarla göstərilir və sonradan qeyri-rəsmi olaraq transferə az pul xərçlənir. Bununla da çirkli pul rəsmiləşdirilir və biznes imperiyasını gücləndirmək olur. Ekspertlər hesab edir ki, bu baxımdan son zamanlar bəzi oliqarxların futbola əl qoyması təsadüfi deyil.
İnformasiya şöbəsi