ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərin tətbiq olunduğu şəxslər arasında Rusiyanın müdafiə nazirinin müavinləri Pavel Fradkov, Aleksandr Fomin və Viktor Qoremıkin də var.
Bununla yanaşı, Rusiyada fəaliyyət göstərən “Transmaşholdinq” şirkətinin baş direktoru Kirill Lipa da məhdudiyyətlərlə üzləşib.
Yenilənmiş siyahıda ümumilikdə 32 nəfərin və çox sayda Rusiya şirkətinin adları yer alıb.