Ermənistanın xarici işlər naziri bu gün Bakıda keçiriləcək COP29-da iştirakla bağlı qərarını açıqlaya bilər. 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə jurnalistlərə bildirib.

Nazir bildirib ki, parlamentin komitələrində 2025-ci il büdcəsinin müzakirəsi zamanı COP29-da mümkün iştirakı məsələsinə toxunacaq: "Mən bu suala cavab verəcəyəm. Çox güman ki, bununla bağlı suallar olacaq".

Mirzoyan deputatların bu barədə sual verməməsi ilə bağlı müşahidələrə belə cavab verib: "Belə bir sual olarsa, fərdi şəkildə cavab verməyi düşünəcəm". 

Ağarza Elçinoğlu