"Rusiya Federasiyası ilə münasibətlərimiz çox şəffafdır, bizi güclü iqtisadi əlaqələr birləşdirir". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə büdcə layihəsinin ilkin müzakirəsi zamanı deyib.

"Bəzi xarici siyasət məsələlərində fikir ayrılıqları var, biz həmişə bir-birimizin fikirlərini bölüşmürük. Bu, bizim birləşdiyimiz 1-2 platformaya, məsələn, KTMT-yə aiddir", - deyə o bildirib.

Nazir həmçinin Türkiyə ilə dialoqları müsbət adlandırıb: "Bizim dialoqumuz ilk növbədə diplomatik münasibətlərin qurulması, sərhədlərin açılması, nəqliyyat və digər kommunikasiyaların olması və ümumilikdə münasibətlərin tənzimlənməsindən ibarətdir. Fikrimizcə, Türkiyənin münasibətlərimizin tənzimlənməsini Azərbaycanla əlaqələndirməsi konstruktiv deyil".

O qeyd edib ki, Ermənistan hökumətinin bir nömrəli xarici siyasət prioriteti ətrafda sülhün sabitliyini və qonşuları ilə inkişafı təmin etməkdir.

Ağarza Elçinoğlu