Ermənistan hökuməti bugünkü iclasında “Müdafiə haqqında” qanuna dəyişikliklər paketini və bir sıra digər qanun layihələrini təsdiqləyib.

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, nizamsız mülki birləşmələr öz adlarını xalq milislərindən ərazi müdafiə qüvvələrinə dəyişdirəcəklər.

Ümumilikdə isə ərazi müdafiə qüvvələrinin vəzifələri dəyişməz olaraq qalacaq: nizami orduya dəstək vermək, Silahlı Qüvvələrin bölmələri ilə birgə fərdi döyüş tapşırıqlarını yerinə yetirmək, düşmənin təxribat hərəkətlərinə qarşı mübarizədə iştirak etmək, müdafiəyə dəstək vermək. 

Ərazi müdafiə qoşunları ehtiyatda olanlardan könüllülük əsasında formalaşacaq və onlara Silahlı Qüvvələrin yerli komandirləri rəhbərlik edəcək.

Ağarza Elçinoğlu