Yaxın vaxtlarda Rusiya və İran arasında yenilənmiş tərəfdaşlıq sazişi imzalanacaq.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
XİN rəhbərinin sözlərinə görə, bu sazişlə müdafiə məsələlərinə böyük diqqət yetiriləcək.
"Rusiya-İran münasibətlərinin möhkəmlənməsi üçün əsas amil Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş olacaq. Bu, regional və qlobal səviyyədə sülh və təhlükəsizlik maraqları naminə müdafiə və qarşılıqlı fəaliyyət göstərəcək", - nazir Avrasiya təhlükəsizliyi üzrə Minsk Beynəlxalq Konfransında çıxışı zamanı deyib.
Ağarza Elçinoğlu