"Moskva ilə Pxenyan arasında hərbi razılaşmalar heç kimi qorxutmamalı və narahat etməməlidir".

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

"Biz imzaladığımız sazişə sadiq qalırıq. Qonşumuzla bütün sahələrdə münasibətləri inkişaf etdirməkdə öz maraqlarımıza sadiq qalırıq və bu, heç kimi qorxutmamalı və narahat etməməlidir", – Peskov ifadə edib. 

O, Rusiya Federasiyası və KXDR-in münasibətləri inkişaf etdirmək hüququnun suveren olduğunu vurğulayıb.

Gülayə Mecid