Şəmkir şəhərində gənc oğlan 4-cü mərtəbədən yıxılaraq ağır xəsarətlər alıb.

"Unikal"ın məlumatına görə, hadisə Şəmkir şəhərində yerləşən yaşayış binaların birində qeydə alınıb. Belə ki, Samux rayon sakini 1999-cu il təvəllüdlü E.Məmmədli dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindən ehtiyatsızlıqdan yıxılıb. Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov