Rüstəm İbrahimbəyov cığallığa başladı
21:52 05-07-2013
İQTİSADİYYAT
Rüstəm İbrahimbəyov cığallığa başladı
Moskvanın komfortunu Bayıl həbsxanasına dəyişmək perspektivi ona çoxda xoş gəlmir
Heç kimə sir deyil ki, Azərbaycan müxalifətinin əksəriyətinin göz dikəcəyi "xilaskar qurum" Milli Şura, onun "xilaskar lideri" isə məşhur kinossenarist Rüstəm İbrahimbəyovdur. Və deyəsən, bu alternativsizlik elə Rüstəm İbrahimbəyova da bəllidir. Yoxsa o özünü bu qədər şıltaq aparmağa başlamazdı. Belə ki, Milli Şuranın prezident seçkilərində namizəd göstərdiyi Rüstəm İbrahimbəyovun leksikonu və davranışı dəyişib.
Və belə ki, iyulun 2-də şura tərəfindən prezidentliyə namizədliyi təsdiq edilən kinodramaturq onu dəstəkləyənlərə təhdid mesajları göndərməyə başlayıb. Onun son iki gündə verdiyi müsahibə və açıqlamalar R.İbrahimbəyovu "rahat idarə olunacaq adam" kimi tanıyaraq prezidentliyə namizədliyinə etiraz etməyənləri təəccübləndirməkdədir. Namizədliyi təsdiqləndikdən dərhal sonra onun tezliklə ölkəyə qayıtmasının vacibliyini söyləyənləri "siyasətdən başı çıxmayanlar" adlandıraraq, "belələrinin ağzından vurmaq lazımdır" deyən R.İbrahimbəyovda diktator ovqatının yarandığı açıq görünməkdədir. Milli Şuranın prezidentliyə namizədi mətbuata verdiyi son müsahibədə də onu dəstəkləyənlərə siyasi "master-klass" keçməkdə davam edib.
R.İbrahimbəyovun həmin müsahibədə səsləndirdiyi sadəcə bu fikir kinodramaturqu "pul kisəsi və tramplin" sayanlar üçün ciddi başağrısı yaradacağını, hətta artıq yaratdığını söyləməyə tam əsas verir: "Mənə öyrətməsinlər ki, sən bu işi belə et, onu belə elə..."
Amma R.İbrahimbəyovun sürprizi bununla yekunlaşmır. Görünən budur ki, özünə müxalifət tərəfindən prezidentliyə vahid namizəd statusu qazanan kinodramaturqda, deyəsən, əməlli-başlı maniyə yaranıb. Bunu
onun aşağıdakı fikirlərindən hiss etmək mümkündür: "...xaricdən mütləq təzyiq olmalıdır. Bu təzyiqləri kim təşkil edir? Heç kəs. Məndən başqa Azərbaycanda qüvvə yoxdur ki, bu problemlə sıx məşğul olsun".
Digər tərəfdən R.İbrahimbəyov hesab edir ki, o, vahid namizəd olduqdan sonra Milli Şuradakılar onun qələbəsi üçün Azərbaycanda iş görməlidirlər - özünün ölkəyə gəlişinə isə ehtiyac yoxdur: "Çünki mənim orda olmağım işin xeyrinə işləmir. Orda 128 nəfər Milli Şura üzvü var, Azərbaycanda onlar işləməlidir. Burdakı işləri də mən görürəm".
Kinodramaturqun həmin müsahibəsində ən maraqlı məqam qorxu haqqında söylədikləridir. R.İbrahimbəyov bir müddət əvvəl BBC-nin Rusiya xidmətinə müsahibəsində "Mən həbs olunmaqdan qorxuram" demişdi. Lakin məsləhətçilərinin iradından sonra onun "qorxu" məsələsinə münasibəti də "dəyişib".
R.İbrahimbəyov bəhs olunan müsahibəsində belə də deyib:
"Dəfələrlə demişəm ki, mən heç nədən və heç kəsdən qorxmuram".
Sanki BBC-yə verilən müsahibədə işlənmiş "qorxuram" ifadəsi onun dilindən çıxmayıb.
Beləliklə, yuxarıdakılardan hans nəticələr çıxır?
1.Rüstəm İbrahimbəyov hesab edir ki, milli şuraçılar İran İslam İnqilabında olduğu kimi ölkədə əsil mülayim mühit yaradıb və yaxud İran mollaları kimi inqilab edib Parisə, indiki halda isə Moskvaya liderin dalınca təyyarə göndərməlidirlər ki, qürbətdə olan lider xalçalı trapdan vətən torpağına qədəm qoyub onu şərəfləndirsin.
2. Bu da hiss olunur ki, Rüstəm İbrahimbəyov müxalifətdəkilərə, daha doğrusu, bu gün Milli Şurada cəmləşənlərə, yumşaq şəkildə desək, inanmır.
3.Hər necə olsa da, kinossenarist dekorasiyaların kəskin şəkildə dəyişə biləcəyindən ehtiyat edir. Yəni Moskvanın komfortunu Bayıl həbsxanasına dəyişmək perspektivi ona çoxda xoş gəlmir.
Natiq Oruclu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53