2026-cı ildə Ermənistan Biomüxtəliflik Tərəfləri Konfransına - COP17 ev sahibliyi edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Akop Simidyan açıqlayıb.
"65 səslə Ermənistan Biomüxtəliflik Tərəfləri Forumunun ev sahibi ölkəsi seçildi", - deyə nazir bildirib.
Qeyd edək ki, seçim Kolumbiyanın Kali şəhərində keçirilən COP16-da iştirak edən ölkələr tərəfindən aparılıb.
Tədbir ekoloji problemlərin müzakirəsinə, iqlim dəyişikliyinin dayandırılması və biomüxtəlifliyin qorunması üçün razılaşdırılmış həll yollarının tapılmasına həsr olunub.
Ağarza Elçinoğlu