Pakistanın Bəlucistan əyalətində məktəb yaxınlığında törədilən bombalı hücumda 5-i şagird və biri polis olmaqla 7 nəfər ölüb, 30 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Geo News" televiziyası məlumat yayıb.
Bildirilir ki, Mastunq bölgəsində məktəb yaxınlığında patrul xidməti aparan polis maşınına bombalı hücum təşkil edilib. Səlahiyyətlilər ölən şagirdlərin yaşlarının 10-13 arasında olduğunu, yaralananlar arasında 4 polis əməkdaşının olduğunu qeyd edib.
Partlayış nəticəsində ətrafdakı binalara və avtomobillərə də ziyan dəyib. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.