Kreml rəsmisi Dmitri Peskov noyabrın 1-də ABŞ prezidentliyinə namizəd Donald Trampın “Şimal axını 2” qaz kəmərini “məhv edən” olması barədə bəyanatını şərh edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, Peskovun sözlərinə görə, siyasətçinin bir çox bəyanatları Rusiyanın “siyasi mədəniyyətinə” uyğun gəlmir.
Tramp amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib ki, onun tikintisinə mane olmaq qərarına gəldikdən sonra Rusiya qaz kəmərini “dağıdıb”.
Kreml rəsmisi həmçinin qeyd edib ki, “Şimal axını” tamamilə başa çatıb.
Gülayə Mecid