ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp Rusiya ilə münasibətlərinə dair tənqidlərə cavab verərək deyib ki, məhz o, prezident kimi Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisini dayandırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə jurnalist Taker Karlsonun canlı şousu zamanı məlumat verib.

Onun sözlərinə görə, tənqidçilər onun “Rusiyanın dostu” olduğunu,  Moskva üçün işlədiyini və rus casusu olduğunu söyləməyi xoşlayırlar. Tramp bu insanları “xəstə” adlandırıb.

"Bu, Rusiyadan Almaniyaya qədər uzanan dünyanın ən böyük qaz kəməridir. Mən onu məhv etdim. Bunu məndən başqa heç kim edə bilməzdi. Mən onu dayandırdım”, - deyə siyasətçi bildirib.

Tramp 2021 və 2022-ci illərdə qaz kəmərinin tikintisinin ləngiməsinə öz təsirini açıqlayıb. Onun sözlərinə görə, o, "Şimal axını 2"ni bağlayıb, lakin sonra Co Bayden onu açan ABŞ prezidenti olub. 

Gülayə Mecid