Fransanın qərbindəki Puatye şəhərində kütləvi dava və atışma olub, nəticədə 5 nəfər yaralanıb.
"Unikal" BFMTV-yə istinadən xəbər verir ki, Fransanın daxili işlər naziri Bruno Retaillotun sözlərinə görə, bu hadisələr narkotik ticarəti ilə bağlı olub.
"Hazırda beş yaralı var, onlardan bir neçəsi ağırdır", - Retayo qeyd edib.
Yaralananlar arasında başından ağır güllə yarası alan 15 yaşlı yeniyetmə də var.