"ATV Plus" MMC-nin retranslyasiya paketin hüquqi sənəd olmadan xarici televiziya kanalının retranslyasiya (hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi) olunması faktı aşkarlandığına görə məhkəmə cərimə cəzası tətbiq edib.
Bu barədə "Unikal"a Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, oktyabrın 4-də inzibati xəta haqqında protokol tərtib edilərək müvafiq məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə "ATV Plus" MMC qeyd olunan pozuntuya görə 5000 (beş min) manat cərimə olunub.