Mordoviya deputatları 25 yaşınadək uşaq dünyaya gətirən qızların 100 min rubl alacağı qanun layihəsini qəbul ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Mordoviya Respublikasının hökumət orqanlarının rəsmi portalı məlumat yayıb.

Qeyd olunur ki, 25 yaşınadək ilk övladını dünyaya gətirən qızlar regional hakimiyyət orqanlarının mükafatlarına laqyi görüləcəklər.

Respublika Dövlət Assambleyasının sədr müavini Natalya Domlatovanın sözlərinə görə, bu qərar doğum səviyyəsinin artırılması proqramı çərçivəsində qəbul edilib.