Yaxın gələcəkdə Qarabağda çövkən yarışları keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının vitse-prezidenti Bəhruz Nəbiyev deyib.

O bildirib ki, artıq bununla bağlı Gənclər və İdman Nazirliyi ilə bir sıra danışıqlar aparılıb:

“Düşünürəm ki, bu yarışlar 2025-ci ildə Şuşa və Xankəndi ərazilərində reallaşacaq".