Rusiyanın İstanbuldakı Konsulluğu şəxsi toxunulmazlıq hüququnu pozduğu üçün saxlanılan Rusiya vətəndaşının deportasiya edildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə diplomatik missiyanın "Telegram" kanalında məlumat verilib.

“Sentyabrın əvvəlində şəxsi həyatının toxunulmazlığını pozmaqda təqsirləndirilən Rusiya vətəndaşının saxlanılması və həbsi barədə məlumat daxil olduğu andan bu məsələ məhkəmənin nəticələrinə əsasən, Baş Konsulluğun nəzarətində olub. Rusiya vətəndaşının Türkiyədən inzibati qaydada qovulması ilə bağlı qərar qəbul edilib”, - deyə məlumatda bildirilir. 

Qeyd olunur ki, vətəndaş noyabrın 2-də Türkiyəni tərk edərək Rusiyaya gedib. Baş konsulluq onun yaxınları ilə əlaqə saxlayıb və lazımi köməklik göstərib.

Yerli medianın daha əvvəl xəbər verdiyi kimi, sentyabr ayında İstanbulda ictimai nəqliyyatda gözləri bağlı qadının şəklini çəkən rusiyalı saxlanılıb. Onun hərəkətləri şəxsi həyatın toxunulmazlığının pozulması kimi qiymətləndirilib və saxlanılıb. Türkiyədə yerli sakinlərin foto və ya video çəkilişi yalnız onların razılığı ilə mümkündür.