Milli Hidrometeorologiya Xidmətinin noyabrın 03-ü saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənib.

Xidmətdən "Unikal"a verilən xəbərə görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında və Tərtərdə 20 m/s, Göyçayda 16 m/s, Xaçmazda 15 m/s-yə çatır.

Noyabrın 04-ü səhər saatlarından külək tədricən səngiyəcək. Lakin 04-ü gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.

*** 13:24

Noyabrın 3-ü saat 12:00-a olan məlumata əsasən, qərb rayonlarından başlayaraq şimal-qərb küləyi arabir güclənib.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti Goranboyda saniyədə 19 metr, Bərdə, Naftalan və Ağdamda saniyədə 18 metr, İsmayıllı, Qobustan, Tərtər və Mingəçevirdə saniyədə 16 metr təşkil edir.

Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Noyabrın 4-ü səhər saatlarından ölkə ərazisində külək tədricən səngiyəcək. Lakin noyabrın 4-də gecəyə doğru və 05-də küləyin yenidən güclənəcəyi gözlənilir.